AZ

Bakıda binada yanğın oldu

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 54 m² olan mənzilin eyvanında 1 ədəd kombi aparatı və məişət əşyaları 2 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Yüksək temperaturdan 1 ədəd qapı qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Seçilən
17
7
onn.az

9Mənbələr