AZ

Gecə yarısı tez-tez oyanmaların əsas səbəbi məlum olub

Nevroloq Stella Maris Valensi gecə yarısı tez-tez oyanmaların səbəbləri barədə danışıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu vəziyyətin ən əsas səbəblərindən biri ağır stressdir. Sinir gərginliyi yuxu üçün vacib olan hormonların səviyyəsinə mənfi təsir göstərir və kabuslara da yol aça bilər.

Valensi bildirib ki, yuxu pozğunluğuna yalnız psixoloji deyil, fiziki amillər də səbəb ola bilər. Bunlara tez-tez sidiyə getmək, yuxu apnesi, turşu reflüsü, qarın bölgəsində artıq çəki, soyuqdəymə, yaşlanma və yataq otağında narahat temperatur aiddir.

Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün mütəxəssis aşağıdakı tövsiyələri verir:

Eyni vaxtda yatmaq və oyanmaq

Otaqda rahat temperaturun təmin edilməsi

Axşam ağır yeməklərdən çəkinmək

Fiziki aktivliyi artırmaq

Yatmazdan əvvəl telefon, planşet kimi cihazlardan uzaq durmaq

Alkoqoldan imtina etmək

Həkim əlavə edib ki, bu kimi sadə qaydalarla yuxunun bölünməsi və keyfiyyətin aşağı düşməsinin qarşısını almaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
2
e-saglam.az

1Mənbələr