AZ

"Qalatasaray" bu 2 legionerini Osimhenlə Saneyə "qurban verdi" - SON DURUM

"Qalatasaray"ın iki futbolçusu heyətdən kənarda qalıb.

Fanat.Az xəbər verir ki, məlumatı "A Spor" yayıb. 

Mənbənin məlumatına görə, Leroy Sane və Viktor Osimhenin transferləri ilə yeni mövsüm üçün iddialı heyət qurmaq üçün səylərini davam etdirən "Qalatasaray" Türkiyə Futbol Federasiyasına göndərdiyi siyahıya iki adı daxil etməyib.

"Sarı-qırmızılar"ın TFF-yə təqdim etdiyi 14 nəfərlik əcnəbi futbolçu siyahısında Viktor Nelsson və Karlos Kuesta yer almayıb.

2021-ci ilin yay transfer pəncərəsində "Qalatasaray"a 7 milyon avroya keçən Nelsson istanbulluların heyətində 144 oyuna çıxıb, 4 qol və bir məhsuldar ötürmə edib. O, ötən mövsümün sonunda "Roma"ya 500 min avroya icarəyə verilmişdi.

Ötən mövsümün ortasında "sarı-qırmızılıla"rla 8 milyon avroluq müqavilə imzalayan Karlos Kuesta isə "Qalatasaray"da 9 matçda meydana çıxıb və ümumilikdə 626 dəqiqə meydanda olub.

Mirağa

Seçilən
10
1
fanat.az

2Mənbələr