Keçmiş Formula 1 sürücüsü Martın Brandl “Ferrari” pilotu Lyuis Hemiltonun bu mövsüm üzləşdiyi çətinliklər barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" sabiq pilotçunun dediklərini belə çatdırıb.
“Bu böyük çempionun qarşılaşdığı çətinlikləri izləmək ağrılıdır. Ancaq onun istedadı və təcrübəsi sayəsində ümid edirik ki, o, bu fırtınanı dəf edib əvvəlki formasına qayıdacaq. Əks halda, onun “Ferrari”də və ya başqa yerdə iki mövsüm daha davam edə biləcəyini təsəvvür edə bilmirəm.”
Hazırda Lyuis Hemilton ümumi sıralamada 109 xal toplayaraq altıncı yerdədir.