AZ

“Mənim üçün bu mövsüm ən pis mövsümdür”

Yeddiqat Formula 1 dünya çempionu, “Ferrari” pilotu Lyuis Hemilton Macarıstan Qran-prisi zamanı səsləndirdiyi fikirlər barədə danışıb.

90deqiqe.Az-ın "Sky Sport Italia"ya istinadən yaydığı məlumata görə, Hemilton, söylədiyi sözlərə tam ciddi yanaşdığını və mövsümün onun karyerasındakı ən çətin dövr olduğunu bildirib.

“Xeyr, mən tam ciddi idim. Mövsümdən heç bir gözləntim yox idi, amma indiyə qədərki mövsüm karyeramdakı ən pis mövsümdür. Arxa planda çoxlu xoşagəlməz hallar baş verir. Mən sadəcə müəyyən müddət işdən uzaqlaşmaq istəyirəm.”

Qeyd edək ki, kvalifikasiyadan sonra britaniyalı sürücü özünü “tamamilə yararsız” adlandıraraq komandadan “sürücünü dəyişdirməyi” təklif etmişdi.

Seçilən
17
90deqiqe.az

1Mənbələr