AZ

Bakıda kütləvi dava - iki nəfər bıçaqlandı

Suraxanı rayonunda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.

"Ölkə.Az" xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində, baş verib.

Ərlə arvad arasında ailə mümaqişəsi zəminində yaranmış dava zamanı onların qohumu 33 yaşlı Məmmədova Könül Tahir qızı və 32 yaşlı Bayramov Zakir Elmar oğlu bıçaq xəsarəti alıb.

Döş qəfəsindən bıçaqlanan hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Seçilən
17
anews.az

1Mənbələr