2025/2026-cı illər mövsümündə Birinci Liqada mübarizə aparacaq “Səbail” heyətini yeni futbolçu – Zahir Mirzəzadə ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Dənizçilər”lə Mirzəzadə arasındakı sözləşmənin müddəti 1+1 illikdir.
Xatırladaq ki, müdafiəçi olan 22 yaşlı Mirzəzadə ötən mövsümü “Cəbrayıl”da keçirib.