ABŞ prezidenti Donald Tramp Çinlə ticarət razılaşmasına “çox yaxın” olduqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp CNBC televiziyasına müsahibəsində iqtisadi gündəmlə bağlı qiymətləndirmələr edib.
Çinlə ticarət danışıqlarındakı son vəziyyətlə bağlı suala Tramp: "Razılaşmaya çox yaxınlaşırıq. Çinlə çox yaxşı anlaşırıq" deyib.
Çin Dövlət Başçısı Xi Jinping-in görüş tələb etdiyini bildirən Tramp razılaşma əldə etsələr, ilin sonuna qədər görüş keçirə biləcəklərini bildirib.
"Düşünürəm ki, yaxşı bir razılaşma əldə edəcəyik. Mütləq deyil, amma yaxşı bir razılaşma əldə edəcəyimizi düşünürəm", - Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az