BAKI, 5 avqust. TELEQRAF
Fransanın Biskaross poliqonunda "Aster Block 1 NT" zenit raketinin uğurlu sınaqları keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə “Defence24” nəşri məlumat yayıb.
Məlumata görə, test zamanı raketin özünüidarəetmə başlığı və sistemin elektron komponentləri yoxlanılıb. Raket 150 kilometr məsafədə və 25 kilometrdən yuxarı hündürlükdə yerləşən hədəfi dəqiq şəkildə müəyyənləşdirərək məhv edib.
“Media məlumatlarına əsasən, sınaqlar sistemin effektivliyini təsdiqlədi. Buraxılış normal rejimdə həyata keçirildi”, – nəşr vurğulayıb.
Bu, "Aster Block 1 NT" raketinin ikinci sınağıdır.
Qeyd edək ki, bu silah NATO ölkələrinin istifadə etdiyi ABŞ istehsalı Patriot sisteminə potensial alternativ hesab olunur.