Məşhur amerikalı müğənni və aktrisa Ceyn Morqan 101 yaşında vəfat edib.
“The Hollywood Reporter”in məlumatına görə, sənətçi avqustun 4-də Florida ştatının Neapol şəhərindəki hospisdə dünyasını dəyişib. Onun ölüm xəbərini yaxınları təsdiqləyib.
“Əziz Ceynimiz yuxuda dinc şəkildə vəfat etdi” deyə ailədən bildirilib..
Onun əsl adı Florens Katrin Currier idi. Səhnədə Ceyn Morqan təxəllüsü ilə çıxış edib. Müğənni karyerasına Avropada başlayıb, burada tez bir zamanda məşhurlaşıb və daha sonra ABŞ-da geniş şöhrət qazanıb.
Morqan Elvis Presli, Bob Dilan və Frank Sinatra kimi əfsanələrlə işləyən məşhur prodüser və musiqi agenti Cerri Vayntraubun arvadı idi.
Müğənni dəfələrlə Con Kennedidən tutmuş Corc Buşa qədər dünya liderləri, o cümlədən Fransa prezidenti Şarl de Qoll və bir sıra ABŞ prezidentləri qarşısında çıxış edib.