Bu institut mədəniyyət, irs, təhsil, elm, hökumət mükəmməlliyi, şəhər idarəetməsi və liderlik sahələrində beynəlxalq standartlar əsasında fəaliyyət göstərən ilk özəl beynəlxalq qurumdur. CCEI dünyada ilk dəfə olaraq mədəniyyət, irs, təhsil, elm, dövlət idarəçiliyi və yaradıcı iqtisadiyyat sahələrində peşəkar sertifikatlaşdırma proqramları, mentorluq və koçluq xidmətləri, eləcə də qlobal qiymətləndirmə sistemləri təqdim edir. Ən mühüm yeniliklərdən biri də institutun təsis etdiyi Global Culture Index (GCI) – dünya mədəniyyət təşkilatlarını (muzey, kitabxana, irs mərkəzləri) qlobal miqyasda reytinqləndirən ilk sistemdir. Vasif Eyvazzadə qeyd edib ki, dünya universitetlərinin müxtəlif reytinq sistemləri var və bundan sonra mədəniyyət təşkilatlarını da qiymətləndirən qlobal mədəniyyət reytinqi olacaqdır.
V.Eyvazzadə hazırda ABŞ-nin məşhur Vanderbilt Universitetində Təhsil üzrə Doktorantdır, eyni zamanda cari ildən başlayaraq nüfuzlu Con Hopkins Universitetinin Yüksək Beynəlxalq Əlaqələr məktəbində Mədəniyyət zəkasından dərs deyəcəkdir.

Ətraflı məlumat üçün: http://www.cultureeducation.org
4Mənbələr
-
demokrat.azAzərbaycanlı ABŞ-da “Dünya mədəniyyətinin reytinqi"ni təsis etdi ( 20053452)
-
modern.azAzərbaycanlı ABŞ də dünya mədəniyyətinin reytinqini təsis etdi ( 20041332)
-
azedu.azAzərbaycanlı ABŞ-də dünya mədəniyyətinin reytinqini təsis etdi ( 20037171)
-
modern.azAzərbaycanlı ABŞ-də dünya mədəniyyətinin reytinqini təsis etdi ( 20036928)