AZ

4 manatlıq bu inşaat şirkəti də DVX-nin “qara siyahı”nda – Direktoru görün kimdir

“ESR İNŞAAT”  Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozan şirkətlər arasındadır. 

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, şirkət Vergilər Nazirliyi tərəfindən riskli vergi ödəyicisi kimi tanınıb.

Şirkətin qanuni təmsilçisi, direktoru Emil Tağıyev Həsən oğludur. Nizamnamə kapitalı isə cəmi 4 manatdır.

Riskli vergi ödəyiciləri siyahısına düşmək adətən vergi öhdəliklərinin yerinə yetirilməməsi, qeyri-şəffaf fəaliyyət və ya digər hüquqi uyğunsuzluqlar səbəbilə baş verir.

Hazırda şirkətin adının bu siyahıya hansı konkret səbəblə salındığı bəlli deyil. 

 

Seçilən
6
nocomment.az

1Mənbələr