525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Ərazi, dəniz hüququ ilə bağlı mübahisələr birbaşa iştirakçı ölkələr arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilməlidir”.
525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Cənubi Çin dənizində Hindistan-Filippin birgə hərbi təlimlərini şərh edərkən deyib.
Onun sözlətinə görə, heç bir üçüncü tərəf bu prosesə müdaxilə etməməli, ərazi və dəniz mübahisələrinə qarışmamalıdır.
Qeyd edək ki, Hindistan və Filippin ilk dəfə Cənubi Çin dənizində birgə təlimlər keçiriblər. Eyni vaxtda, avqustun 3-4-də Çin ordusunun qüvvələri Cənubi Çin dənizində müntəzəm patrul xidməti təşkil edib.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.