Rumıniyanın keçmiş prezidenti İon İliyesku 96 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Rumıniya dövlətinin keçmiş rəhbəri bu gün, 2025-ci il avqustun 5-də Dr.Aqrippa İonesku Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib”, - məlumatda deyilir.
Nazirlər Kabinetinin nümayəndələri yaxın vaxtlarda dəfn proqramı ilə bağlı ətraflı məlumat verəcəklərini vəd ediblər. İliyeskunun ölüm səbəbi açıqlanmayıb.
İon İliyesku iki dəfə Rumıniyanın prezidenti olub: 1990-cı ildən 1996-cı ilə və 2000-ci ildən 2004-cü ilə qədər.
Ölkənin Baş naziri İlie Bolojian nekroloq çıxışında qeyd edib ki, İlieskunun fəaliyyəti, xüsusilə də 2003-cü ildə konstitusiyanın yenidən nəzərdən keçirilməsi, Rumıniyanın inkişaf istiqamətinə əhəmiyyətli təsir göstərib və o, tarixə düşüb.