ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
“Verilən məlumatda sülh sazişi ifadəsi istifadə edilmir. Orada yazılır ki, sülhlə bağlı niyyətlərin ifadə edilməsi üçün Azərbaycan və Ermənistan liderləri bir araya gələcəklər”.Bunu politoloq Fərhad Məmmədov Demokrat.az-a açıqlamasında deyib.O qeyd edib ki, bu Azərbaycan və Ermənistan tərəfindən rəsmi təsdiqini tapmayan bir mövzudur:“Sülhlə bağlı konkret bir şey yoxdur. Azərbaycan mövqeyini aydın şəkildə bildirib ki, sülh sazişi ancaq Minsk Qrupunun buraxılması və referendum məsələsinin gündəmdən çıxarılmasından sonra baş verə bilər. Amma Azərbaycan Prezidenti bundan öncə sənədin paraflanmasını mümkün hesab edirdi və bunun Azərbaycanın təklifi olduğunu bildirmişdi. Beləliklə, hər hansı bir sazişin imzalanmasının yox, sadəcə müəyyən bir addımın atılmasının şahidi ola bilərik. Amma yenə də rəsmi şəkildə heç bir formada bu məlumat nə Azərbaycan, nə də Ermənistan tərəfindən təsdiq edilmir”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.