AZ

Netanyahu ona qarşı araşdırma aparan baş prokuroru "hədəfə" aldı

Netanyahu

İsrail Nazirlər Kabineti, baş nazir Binyamin Netanyahunun cinayət işlərini araşdıran baş prokuror Qali Baxarav-Miaranın istefasını dəstəkləyib. Bu barədə Axios məlumat yayıb. Qeyd olunur ki, İsrailin baş naziri korrupsiyada ittiham olunur.Bu, İsrail hökumətinin ilk dəfə bir baş prokurorun vəzifədən uzaqlaşdırılmasına səs verməsi ilə tarixə düşüb. Nəşrin yazdığına görə, bu addım dərhal Netanyahunun özünü və yaxın çevrəsini qorumağa çalışdığı iddialarına səbəb olub.İsrailin Ali Məhkəməsi hökumətin qərarına təcili şəkildə qadağa qoyub, beləliklə Baxarav-Miara vəzifəsində qalır. Jurnalistlərin məlumatına görə, səsvermənin əsas məqsədi baş prokurora təzyiq göstərmək və onu könüllü istefaya məcbur etmək olub.Ulusum.az

Diqqət Çəkənlər

Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!

Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri

Makron arvadı haqda susmaq müqabilində Trampla "saziş" bağladı

Seçilən
21
ulusum.az

1Mənbələr