AZ

Mirziyoyev Türkmənistanda ordenlə təltif edilib



Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistanın “Əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə” ordeni ilə təltif edilib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, ordenin təntənəli təqdimatı Birləşmiş Millətlər Təşkilatının dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə III Konfransı çərçivəsində baş tutub.

Mirziyoyev yüksək dövlət mükafatına görə Türkmənistan rəhbərliyinə və qardaş türkmən xalqına dərin minnətdarlığını bildirib.

“Mən bu mükafatı Özbəkistana və onun çoxmillətli xalqına xüsusi diqqət və hörmətin, eləcə də Mərkəzi Asiya regionunda dostluq, mehriban qonşuluq, qarşılıqlı etimad və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizin tanınması kimi qəbul edirəm”, - deyə Özbəkistan lideri bildirib.

Zəngin tarixi təcrübəyə, qardaşlıq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Özbəkistan-Türkmənistan strateji tərəfdaşlığının yüksək səviyyəsinə nail olunduğu məmnunluqla vurğulanıb.

Süleyman
Seçilən
9
1
newscenter.az

2Mənbələr