AZ

Tokayev Türkmənistan prezidenti ilə görüşüb




Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə “Akorda” məlumat yayıb.

Qazaxıstan Prezidenti Serdar Berdiməhəmmədova onu Birləşmiş Millətlər Təşkilatının dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransına dəvət etdiyinə görə təşəkkür edib.

Görüşdə ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit sahələrində tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Dövlət başçıları Qazaxıstan və Türkmənistan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafına sadiq olduqlarını bir daha təsdiq etdilər.

Anar Əliyev
Seçilən
16
newscenter.az

1Mənbələr