Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Lozovaya şəhərində dəmir yolu infrastrukturuna zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, dörd nəfər yaralanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i "Ukrzaliznıtsya"nın mətbuat xidmətinə istinadən məlumat yayıb. "Bölmələrdən birinin növbətçi mexaniki həlak olub, daha dörd dəmiryolçu yaralanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir", - məlumatda deyilir. Hücum nəticəsində dəmir yolu vağzalı və digər infrastruktur obyektləri zədələnib. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, zərərçəkənlərin sayı 10 nəfərə çatıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta