Heyvan və heyvan mənşəli məhsulların, o cümlədən ət, süd və başqaları, habelə emal yolu ilə onlardan alınan məhsulların dövriyyəsi ilə məşğul olan sahibkarların suallarının cavablandırılması, qarşıya çıxan məsələlərin həlli, sahibkarların bu sahədə səmərəli fəaliyyətinin təşkili ilə bağlı onlayn formatda görüş keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə məhsulların dövriyyəsi zamanı tələb olunan sənədlər, xüsusilə də heyvan mənşəli məhsulların daşınması zamanı mümkün risklərin qarşısının alınması məqsədilə məhsullara verilən baytarlıq sənədlərinin əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb.
Qeyd olunub ki, heyvanların və heyvan mənşəli məhsulların ölkə daxilində daşınması Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”na uyğun olaraq həyata keçirilir.
Qaydalara görə, yükün daşındığı hər bir nəqliyyat vasitəsinə şəhər (rayon) ərazisində daşınma üçün baytarlıq arayışı, ölkə ərazisində (bir şəhərdən və ya rayondan digərinə) daşınma üçün isə baytarlıq şəhadətnaməsi verilir.
Baytarlıq arayışı və şəhadətnaməsi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə onlayn rejimdə, sahibkarın müraciəti əsasında tərtib olunur. Sahibkar öz şəxsi kabinetindən müraciət etməklə həmin sənədləri əldə edə bilər.
Sahibkarlara bildirilib ki, heyvan mənşəli məhsulların istehsalı, emalı və satışı ilə məşğul olan sahibkarlar həmin məhsulların daşınması zamanı temperatur və qablaşdırma tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyırlar.
Onlayn görüş zamanı sahibkarların müraciətləri dinlənilib, səsləndirilən təkliflərlə bağlı müvafiq dəstəyin göstərilməsi üçün agentliyin aidiyyəti struktur