AZ

53 Füzuli sakininə aktivlər təqdim edilib

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Füzuli şəhərinə köçürülmüş sakinlərdən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kombi və sanitar qovşağın quraşdırılması, poliqrafiya xidmətləri, un məmulatları istehsalı zərfləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Beləliklə, Füzuli şəhərinə köçürülmüş sakinlərdən artıq 53 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.

Seçilən
8
10
hafta.az

10Mənbələr