"Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm. Bu həssas hadisə ilə bağlı azyaşlının adı, fotosu və şəxsi məlumatlarının mətbuata verilməsi heç düzgün yanaşma deyil. Belə hallarda uşağın hüquqları, məxfiliyi və psixoloji sağlamlığı ön planda olmalıdır və buna da əməl etmək lazımdır.

Ailənin bu qədər detalla informasiya verməsi qətiyyən doğru deyil.Bu, uşağın hüquqlarının pozulması və onun gələcəyi üçün risk yarada bilər.
Medianın bu məlumatları yayması da ciddi etik və hüquqi problemlərə yol aça bilər. Uşaqların hüquqlarını qoruyan qanunvericilik bu cür açıqlamaları qadağan edir. İtmə hadisəsi varsa, polisə müraciət olunur və onun axtarışlarına başlanılır", - o qeyd edib.
AzVision.az