Vətəndaş bildirir ki, sifarişi qəbul edən sürücü ona yazaraq həmin ünvana gəlməyəcəyini, sifarişi ləğv etməsini tələb edib. Sərnişi isə sürücüyə bunun onun problemi olmadığını cavablandırıb. Bu cavabdan sonra sürücü Uber tətbiqi üzərindən xanımı təhqir etməyə və alçaldıcı ifadələr işlətməyə başlayıb. Ardınca isə vətəndaşın telefon nömrəsinə zənglər edərək onu narahat edib.
Zərərçəkən qeyd edir ki, baş verənlərdən sonra psixoloji sarsıntı keçirib və hazırda özünü olduqca narahat hiss edir.
Vətəndaş tərəfindən təqdim olunan ekran görüntülərinə əsasən, Uber tətbiqində sürücü BYD Destroyer markalı, 77-SY-561 dövlət nömrə nişanlı avtomobil kimi görünsə də, yazışmanın altında “Salam, 026” ifadəsi yer alıb. Bu isə sürücünün faktiki olaraq başqa bir – dövlət qeydiyyat nişanının sonu 026 olan avtomobillə fəaliyyət göstərdiyinə işarə edir. Adı çəkilən şəxsin Nicat Qəhrəmanlı olduğu bildirilir.
Ajan.az mesajların yer aldığı fotonu sizlərə təqdim edir:

Ümid edirik ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılacaq və sürücünün davranışına hüquqi qiymət veriləcək.