AZ

Azərbaycan Rəqs İttifaqı beynəlxalq miqyaslı festivallar təşkil edir – Prezidium iclası keçirildi - FOTO

Azərbaycan Rəqs İttifaqının (AzDC) qarşıdakı beynəlxalqfestivalların təşkili ilə bağlı prezidium iclası keçirilib.

Tədbirdə AzDC-nin prezidenti, Bakı XoreoqrafiyaAkademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, vitse-prezident Kamilə Verdiyeva, həmtəsisçi, Argentina tango rəqsi üzrə komitənin sədri İlham Osmanov, katibliyin rəhbəri, dünya və beynəlxalq yarışların dəfələrlə qalibi Eldar Cəfərov, Avropa çempionu və dünya çempionatlarının mükafatçısıMahmud Kamoun iştirak ediblər.
Yaxın zamanda keçiriləcək bir sıra əhəmiyyətli tədbirlərəhazırlıqla bağlı məsələlər müzakirə edilib - bunlar WADF xəttiilə keçiriləcək artistik ball rəqsi (Smooth) üzrə Dünya Çempionatı və WADF üzrə bütün üslublar üzrə Dünya Kuboku, həmçinin beynəlxalq breyk-dans çempionatı "Baku Flow" vəAzərbaycan Rəqs Festivalıdır. Bu tədbirlərdə iyirmidən artıqölkəni təmsil edən, dünya şöhrətli xoreoqrafiya ustaları iştirakedəcəklər.
 
Artistik ball rəqsi (Smooth) üzrə Dünya Çempionatı və WADF(World Artistic Dance Federation) üzrə bütün üslublar üzrə Dünya Kuboku AzDC və Beynəlxalq Rəqs Təşkilatı SRDS(Smooth & Rhythm Dance Style, prezident - OlqaKrasnyanskaya) tərəfindən təşkil olunur. Yarışlar 5-7 sentyabrtarixlərində "Baku Marriott Hotel Boulevard"da baş tutacaq.
 
Azərbaycan tarixində ilk dəfə keçiriləcək beynəlxalq breyk-dans çempionatı "Baku Flow" da AzDC-nin təşəbbüsü ilə təşkilolunur. Təxminən iyirmi ölkənin nümayəndələrinin iştirakıgözlənilən bu yarışda müxtəlif kateqoriyalar üzrə rəqs döyüşlərivə beynəlxalq dərəcəli hakimlərdən və titul qazanmışrəqqaslardan ustad dərsləri təqdim ediləcək. Yarışlar 6-7 sentyabr tarixlərində "Baku Marriott Hotel Boulevard"dakeçiriləcək.

"Azerbaijan Dance Festival 2025" AzDC və SRDS tərəfindəntəşkil olunur. Festival çərçivəsində iki mötəbər çempionat - WDC Professional European Smooth Championship və WDC AL World Smooth Championships baş tutacaq və 16 dünyatitulu solo və cüt rəqs kateqoriyalarında uğrunda mübarizəaparılacaq. Festival iştirakçılarını və qonaqları rəqs sənətininulduzlarından ustad dərsləri, rəngarəng xoreoqrafik axşamlar vəmöhtəşəm şoular gözləyir.

Festival tanınmış xoreoqraf və rəqs ifaçısı, Azərbaycanın Xalqartisti Təranə Muradovanın yubileyinə həsr olunmuş rəsmitədbirlər çərçivəsində keçiriləcək. Bu münasibətlə təşkilolunacaq "Night of the Dancing Diamonds" adlı qala-gecədəmüasir ball xoreoqrafiyası və milli rəqs elementlərinin birləşdiyiunikal bir tamaşa nümayiş olunacaq. Tamaşanın müəllifləridünya və Avropa çempionu, tanınmış rəqqas və xoreoqraf-pedaqoq Denis Tağınsev və Təranə Muradovadır.
Tədbirlər 30 oktyabr - 2 noyabr tarixlərində JW Marriott Absheron Baku otelində baş tutacaq.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
7
milli.az

1Mənbələr