AZ

Litvada “Odlar Yurdu”nun muğam virtuozları” adlı konsert olub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 5 avqust, AZƏRTAC

Litvanın Şalçininkay rayonunda keçirilən beynəlxalq festival çərçivəsində “Odlar Yurdu”nun muğam virtuozları” adlı konsert proqramı təqdim olunub.

Azərbaycanın Litvadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, konsertdə tanınmış tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov muğamdan müxtəlif parçalar səsləndiriblər. Onlara litvalı musiqiçilər – Çiurlonis kvarteti və kontrabas ifaçısı Donatas Baqurskas da qoşulub.

Qeyd edək ki, festival Şalçininkay Rayonunun Mədəniyyət Mərkəzi və Litva Milli Filarmoniyasının təşkilatçılığı, Şalçininkay Rayon Bələdiyyəsi və Litva Mədəniyyət Şurasının maliyyə, TVP Vilnüs televiziya kanalı və “Vilnüs çayı sahilində” radiosunun informasiya dəstəyi ilə keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
azertag.az

1Mənbələr