AZ

İstanbulda bir şəxs Ayasofya məscidini yandırmağa cəhd edib

BAKI, TurkicWorld

İstanbulda bir nəfər Ayasofya məscidini yandırmağa cəhd edib.

TurkicWorld-un məlumatına görə, axşam namazından sonra məscidə daxil olan şəxs, masanın arxasında kağızları yandırıb.

Hadisəni görən bir vətəndaşın müdaxiləsi nəticəsində alov söndürülüb. Alovlanan xalça yerindən çıxarılıb və yanğın nəzarət altına alınıb.

Sultanahmet Meydanı istiqamətinə getdiyi müəyyən edilən şübhəli şəxs, yaşadığı ünvanda saxlanılaraq həbs edilib. Narkotik asılılığı olan şəxs tibb müəssisəsində nəzarət altına alınıb.

Məlumata görə, o əvvəllər Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında müalicə alıb.

Seçilən
3
turkic.world

1Mənbələr