Azərbaycan millisinin sabiq forvardı Vaqif Cavadov hər addımda gənc futbolçulara öz dəstəyini göstərməsi ilə seçilir.
O, bu dəfə də ənənəsinə sadiq qalıb.
Ötən mövsüm "Sumqayıt"ın əsas komandasını çalışdıran gənc mütəxəssis hazırda bu klubun Əvəzedici komandanısını çalışdırır.
Elə hadisə də "ikincilər"in məşqindən sonra yaşanıb.
Cavadov hazırlığın sonunda paltardəyişmə otağının yolunu tutarkən ayaq saxlayıb.
Yaxınlıqda məşq edən 7-8 yaşlı uşaqlarla maraqlanıb.
Özü və futbolçularını onları alqışlamağa təhrik edib.
Cavadovun addımı həm uşaqlar, həm də onların məşqçiləri və valideynləri üçün gözlənilməz olduğu qədər xoş olub.
Xatırladaq ki, gənc mütəxəssis "Sumqayıt-2" komandasında gənclərlə işləməkdə hər zaman diqqətləri üzərinə çəkməyi bacarıb. Haqqında xoş fikirlər yarada bilib.
O, əsas komandanın başında olduğu qısa müddətdə də gənclər xüsusi yer ayırması ilə yadda qalıb.
Azərbaycan futbolunda azərbaycanlı balalara bu cür diqqət göstərən, hörmətlə yanaşan, qayğısını əsirgəməyən mütəxəssislər çox lazımdır.
XANOĞLAN / SPORTİNFO.AZ