Artan istilər təkcə fiziki rahatlığı pozmur, həm də beyin funksiyalarına ciddi təsir göstərir. Həkimlərin və alimlərin bildirdiyinə görə, yüksək temperatur epilepsiya, miqren, Multiple Skleroz (MS) kimi nevroloji xəstəlikləri olan insanlarda tutmaların və simptomların daha tez-tez və şiddətli baş verməsinə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, məsələn, Dravet sindromu ilə yaşayan 13 yaşlı Jake hər isti hava dalğasında ağır tutmalar keçirir. Onun valideynləri bildirir ki, adi bir gəzinti belə onu həyati risklə üz-üzə qoya bilər.
Mütəxəssislər vurğulayır ki, insan beyninin normal işləməsi üçün sabit daxili temperatur vacibdir. Havanın 35-40 dərəcəyə çatdığı günlərdə isə beynin qərarvermə qabiliyyəti zəifləyir, emosional dəyişkənlik artır, hətta aqressiv davranışlar çoxalır.
Alimlər bununla bağlı iqlim dəyişikliyinə qarşı tədbirlərin vacibliyini vurğulayır və əhaliyə isti havalarda kölgədə qalmağı, bol su içməyi və bədən istiliyini qorumağı tövsiyə edirlər.
Milli.Az