AZ

Qazaxda ağırlıqqaldırma üzrə Avropa birinciliyində uğur qazanmış idmançılarla görüş keçirilib

Qazax, 5 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazaxda İspaniyada keçirilmiş U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində medal qazanan idmançılarla görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, görüşdə qalib idmançıların uğurları yüksək qiymətləndirilib, onlar Qazax Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.

Bildirilib ki, Qazax idmançıları sərbəst güləşdən sonra ağır atletika idman növündə də adlarını tarixə yazdırıblar. Ölkə rəhbərliyinin idmana olan diqqət və qayğısı sayəsində qələbələrin bundan sonra da davam edəcəyi xüsusi vurğulanıb.

Qeyd edək ki, Avropa birinciliyində Azərbaycan milli komandasının heyətində yer alan 15 idmançıdan 8-i Qazax rayonunu təmsil edib. Onlardan Musab Məmmədtağıyev (56 kiloqram) 2 qızıl, 1 gümüş, Lətif Əliyev (71 kiloqram) 1 qızıl və 1 gümüş, Muhəmmədəli Məmmədzadə isə (88 kiloqram) 2 gümüş medal qazanıb. Qazaxlı idmançıların əldə etdiyi 3 qızıl və 4 gümüş medal nəticəsində Azərbaycan komandası Avropa birinciliyində ümumi sıralamada 3-cü yerə layiq görülüb.

 

Seçilən
23
1
azertag.az

2Mənbələr