ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Heykəlin tənqid edilməsinə səbəb qadının mərmərdə təcəssüm olunmuş iri döşləridir
Danimarkanın Saraylar və Mədəniyyət Agentliyi əhalinin tənqidinə görə Kopenhagendəki Fort Draqordan 14 tonluq su pərisi heykəlinin sökülməsini hakimiyyətdən xahiş etmək niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bir çox danimarkalı heykəli qadın bədəninin obyektivləşdirilməsinin təcəssümü hesab ediblər və onu "çirkin" adlandırıblar.
Heykəlin tənqid edilməsinə səbəb qadının mərmərdə təcəssüm olunmuş iri döşləridir. Bəzi vətəndaşlar belə formalarda heykəlin qadınların öz bədənlərini qəbul etməsinə mane olacağını bildiriblər.
Eyni zamanda, heykəlin müəllifi Piter Bex bildirib ki, su pərisinin büstü heykəlin özünün ölçüsü ilə mütənasibdir. Heykəltəraşlığın müdafiəçiləri qeyd edirlər ki, tənqidçilərin arqumentləri qadın orqanizminin nə olmalı olduğunu diktə etmək cəhdidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.