Erməni işğalından sonra Ağdam məscidinin qalan qapı üstü yazıları Ərəb dilində ardıcıllıqla:
“لا اله الا الله، محمد رسول الله، على ولى الله”
Bu kəlam müsəlman olmaq üçün, müsəlman ölmək üçün deyilməsi gərək olan “Şahidlik deyimi” yaxud “kəlmeyi şəhadət” adlanır.
(بسم الله الرحمن الرحيم)
“إنا فتحنا لك فتحنا مبينا” سورة المباركه الفتح: ١
“Şübhəsiz biz sənə apaydın bir Fətih yolu açdıq”. “Mübarək Fətih surəsi: 1”.
“ليس للإنسان إلا ما سعى” سورة المباركه النجم: ٣٩
“İnsan üçün çalışdığından başqa heç nə yoxdur.” “Mübarək Nəcm surəsi: 39”
“يا على ابن موسى الرضا أدركنى”
Bu kəlam bir duadır: “Məni dərk et ey Musər-Rzanın oğlu Əli!”
Lap aşağıdakı kəlamlar bəzi yerlərindən zədələnib. Ona görə oxunması çətin ola bilər. Hər halda düzü belə dir:
“فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ (92) عَمَّا كانُوا يَعْمَلُونَ (93) سورة المباركة الحجر: 92-93
“And olsun Rəbbimə ki, onların hamısından sorub-soruşduracağıq (92) nə etdiklərinə görə (93)
O Tanrı evini uçurdanlar, uçurtduranlar, o məscidin gözü önündə günahsızlar insanları qətlə yetirib, evləri dağıdanlar, bu gün də bu millətə qarşı cinayətlərinə davam edən cəlladlar bir-bir etdiklərinə görə Tanrı Məhkəməsində cavab verməli olacaqlar.