AZ

PSJ-nin hücumçusunu 4 İngiltərə klubu istəyir - ADLAR

PSJ-nin hücumçusu Qonsalu Ramuş karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Məlumata görə, onun xidmətində Premyer Liqanın 4 təmsilçisi - "Liverpul", "Mançester Yunayted", "Nyukasl" və "Aston Villa" maraqlıdır. Mənbə 24 yaşlı forvardın daha çox oynamaq istədiyini və bu səbəbdən Paris klubunun onu satmağın əleyhinə olmadığını vurğulayıb.

Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 46 matça çıxan Ramuş 19 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyalı futbolçunun Fransa nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı ön xətt oyunçusunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
1
fanat.az

1Mənbələr