AZ

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Kiyevə silsilə silah tədarükü vəd edib

Niderlandın Kiyev üçün ABŞ-dən aldığı silahlar tezliklə Ukraynaya çatacaq.

“Report” xəbər verir ki, bu barədə “Reuters”ə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.

O əlavə edib ki, növbəti həftələrdə daha çox Avropa ölkəsi Kiyev üçün ABŞ ehtiyatlarından texnika alacağını elan edəcək.

Daha əvvəl müdafiə naziri Ruben Brekelmans bildirmişdi ki, Niderland Ukraynaya ABŞ-dən silah tədarük edəcək və Amerika texnikasının alınması üçün 500 milyon avro (578 milyon dollar) ayıracaq ilk NATO ölkəsi olacaq.

Seçilən
15
1
report.az

2Mənbələr