AZ

İranda keçmiş kəşfiyyat nazirinin oğlu İsraili dəstəkləməkdə ittiham edildi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda keçmiş kəşfiyyat naziri Əli Yunesinin oğlu Həsən Yunesi məhkəmə işi çərçivəsində "İsraili dəstəkləməkdə" ittiham edildiyini bildirib.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Vəkil və siyasi fəal "X" şəbəkəsində yazıb ki, Tehran Prokurorluğunun göstərişi ilə ona məhkəmə nəzarəti təyin olunub və 3 ay müddətinə sosial şəbəkələrdə fəaliyyət göstərmək qadağan edilib.

"Məlum oldu ki, rejim əleyhinə yalan məlumatlar yaymaq və təbliğat aparmaq ittihamları ilə yanaşı, məni həm də "İsrailə dəstək verməkdə" ittiham ediblər", - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
oxu.az

3Mənbələr