AZ

Lənkəranda avtomobillər çimərlik ərazilərində saxlanılır - FOTO

LƏNKƏRAN, 5 avqust. TELEQRAF

Polisin xəbərdarlığına baxmayaraq Lənkəranda avtomobillər çimərlik ərazilərində saxlanılır.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Lənkəranda çimərliyə istirahətə gələn şəxslər avtomobillərini sahilə yaxın ərazilərdə saxlayırlar. Bu isə istirahət edən vətəndaşların, xüsusilə də qum üzərində günəş vannası qəbul etmək istəyənlərin narazılığına səbəb olur.

Sahilboyu ərazilərdən çoxsaylı avtomobillərin keçməsi nəticəsində qum bərkiyir və bu da çimərlikdən komfortlu istifadəni məhdudlaşdırır. İstirahət edənlərin sözlərinə görə, sahildə avtomobil saxlayanların əksəriyyəti digər rayonlardan gələnlərdir.

Bəzi hallarda isə sürücülər avtomobillərini sahilin tam yaxınlığına sürərək diqqət çəkməyə çalışırlar. Bu da istirahət edənlər arasında əlavə narazılıq yaradır. Vətəndaşlar bu halların qarşısının alınması üçün sahil ərazilərində nəzarətin gücləndirilməsini istəyirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl bu çimərlikdə avtoxuliqanlıq edən bir şəxs qanun çərçivəsində cəzalandırılıb.

Seçilən
1
teleqraf.com

1Mənbələr