ain.az bildirir, 525.az portalına istinadən.
Alimlərin hesablamalarına görə, bu gün qeyd olunan ən qısa günlərdən biri ola bilər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər avqustun 5-nin günəşlə ölçülən 86,400 saniyəlik gündən 1,25 millisekund daha qısa olacağını hesablayıblar. Onlar bu saniyə fərqinin səbəbini hələ müəyyən edə bilməsələr də, avqustun 5-i, yəni 2025-ci ilin bu günü həm bu il, həm də 1973-cü ildən bəri qeydə alınan ən qısa günlərdən biri olacağı proqnozlaşdırılır.
Bu il iyulun 9-u 1,23 millisekund, iyulun 22-si isə 1,36 millisekund normal gündən daha qısa qeydə alınmışdı.
Hərçənd bu fərq hiss edilməyəcək səviyyədədir, Yer kürəsinin fırlanma sürətinin artması davam edərsə, bu müddətin 2029 və ondan sonrakı illərdə 1 saniyə və daha çox ola biləcəyi bildirilir.
Ləman İlkin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.