AZ

“Qəbələ” növbəti transferini açıqladı

style='margin-bottom:10px;'>

“Qəbələ” yeni transferini reallaşdırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi İbrahim Sanqare ilə müqavilə bağlayıb. 31 yaşlı fransalı futbolçu mərkəz hücumçusu mövqeyində çıxış edir. 

O, son olaraq İsrailin “Hapoel” (Hadera) klubunda forma geyinib.

Qeyd edək ki, "Qəbələ" bunadək Prins Ovusu (son olaraq "Qəbələ"nin U-19 komandasında oynayıb), İsaak Amoah (son klubu “Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (son klubu "Əl-Əhli, Bəhreyn), Adriel Ba Loua (son klubu “Kan”, Fransa), Eduardo Kundeni ("Persis", İndoneziya) sıralarına qatıb.

Seçilən
28
12
teleqraf.com

10Mənbələr