AZ

Rusiyanın hücum planı: ən strateji ərazilər tutulur Anklav yaradılacaq

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff 6-7 avqust tarixində Moskvaya səfər edəcək. Analitiklər bu səfəri Vaşinqton-Moskva arasında gərgin münasibətlərin yumşaldılması istiqamətində atılacaq mühüm addım olaraq qiymətləndirirlər. Onların fikrincə, yaxın günlərdə hər iki ölkə arasında görüşlər intensivləşəcək və avqustun sonunda mühüm bir Zirvə görüşü təşkil ediləcək. Bundan başqa, sentyabrın 1-də atəşkəs elan olunması ehtimalı var. Bildirilir ki, ABŞ Konqresində bu prosesin sürətləndirilməsi üçün oyun başlanıb.

Səfərin arxasında duran əsas məqsəd nədir və bu, gələcəkdə ABŞ-Rusiya əlaqələrini necə formalaşdıracaq?

Globalinfo.az-a danışan “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova deyib ki, Uitkoffun Moskvaya səfəri uzun müddətdir müzakirə olunurdu:

“Tramp Putinə verilən 50 günlük müddətin əvvəlki dövrlərdə heç bir dəyişiklik yaratmadığını başa düşərək, bu müddəti 10 günə endirdi. Lakin 10 gün ərzində nəticə əldə etməyəcəyini bildiyi üçün Uitkoffu göndərərək məsələləri Putin və ya onun administrasiyasındakı nümayəndə ilə müzakirə etməsini istəyir.

Həmçinin oxuyun:

Dünya mətbuatı Prezidentin forumdakı çıxışlarını işıqlandırır – FOTOLAR

Ramiyə Məmmədov

Ukrayna-Rusiya müharibəsi artıq dalana dirənib. Kreml əvvəlki dövrlərdə müəyyən geri çəkilmələr edib. Lakin Avropa Putini yalnız diktə edən bir mövqeyə gətirib çıxarıb. Ukrayna həm hərbi, həm maddi, həm də mədən baxımından dünya üçün artıq o qədər də əhəmiyyətli olmayacaq. Ukraynanın mədənləri Rusiya üçün strateji əhəmiyyət daşıyır və ruslar burada öz anklavını quracaq. Tramp bunu çox yaxşı anlayır və artıq Moskva ilə diktə ilə danışmağın faydasız olduğunu qəbul edir. Rusiya üçün təhlükəsizlik və ərazi bütövlüyü insanların ac qalmasından, həlak olmasından daha çox önəmlidir. Buna görə də bu mövqedən geri çəkilməyəcək”.

Politoloq qeyd edib ki, Rusiyanın daxili durumunu və demoqrafik problemlərini nəzərə alsaq, onun siyasi mövqeyinin dəyişməyəcəyini deyə bilərik:

“ABŞ Rusiyanı dağıtmaq istəsəydi, çoxdan edərdi, lakin əksini görürük. Trampın addımları da Rusiya ilə əlaqələrin pozulmasına deyil, daha çox mövcud vəziyyətində qalmasına səbəb olur. Nəticə etibarilə Moskva-Vaşinqton münasibətlərində heç bir dəyişiklik olmayacaq”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr