Cəmi 20 yaşı olan britaniyalı Daniel Cekson uşaq vaxtlarından xəyal etdiyi ölkəni qurmağa nail olub.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 125 dönüm sahədə qurulan bu “ölkənin” bayrağı, hökuməti, vətəndaşları və hətta pasportları da var.
Cekson 2019-cu ildə Verdisin müstəqilliyini elan edib. Ölkənin rəsmi dilləri ingilis, xorvat və serb dilləridir. Vətəndaşlıq üçün 15 min müraciət içindən 400 nəfər qəbul edilib. "Verdis" pasportu verilsə də, bu sənəd rəsmi olaraq heç bir ölkədə keçərli deyil.
Xorvat polisi 2023-cü ildə Ceksonu həbs edərək ölkədən deportasiya edib. Hazırda o, özünü sürgündə olan lider adlandırır və ölkəsinin gələcəyi üçün çalışdığını deyir. Cekson, "Verdis"in tam formalaşacağı halda seçkilər keçirəcəyini və prezidentlikdən gedəcəyini bildirir.
Xeyrənsə Piriyeva