
Dünyaca məşhur müğənni Cennifer Lopez, 5 avqustda (bu gün) Yenikapı Festival Parkında verəcəyi konsertdən əvvəl İstanbula gəlib.Snob Magazinin xəbərinə görə, şəhərə çatar-çatmaz alış-verişə gedən ulduz, İstinye Parkda yerləşən lüks mağazalardan birini bağlatdıraraq özünə xüsusi alış-veriş təşkil edib.Milyonlarla dəyəri olan alış-veriş edən sənətçi, xüsusilə çanta və geyimlərə üstünlük verib. İstanbul turu zamanı da tərzi ilə bəyənmə toplayan Lopez, yuvarlaq çəhrayı gün eynəkləri, Victoria Beckham imzalı bəzəkli tünik və şort kombini ilə göz qamaşdırıb.Antalyada verdiyi konsertdən sonra 5 avqust tarixində İstanbul Festivalı çərçivəsində də səhnəyə çıxacaq.Patronlar Dünyasında yer alan məlumata görə, dünyaca məşhur ulduz Jennifer Lopez, Yenikapıdakı konserti üçün gəldiyi İstanbulda İstinye Parka alış-veriş məqsədilə baş çəkib. Lakin onu tanımayan Chanel mağazasının mühafizəçisi, “Doluq” deyərək məşhur müğənnini içəri buraxmayıb.
Bu rədd cavabını problem etməyən Lopez, sakit şəkildə “Tamam, problem deyil” deyərək oradan uzaqlaşıb.Lakin İstinye Parkdan ayrılmadan öncə Lopezin yanına yaxınlaşaraq onu mağazaya dəvət edən Chanel mühafizəçisi bu dəfə Lopezdən imtina cavabı alıb.Ulusum.az
Diqqət Çəkənlər
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
Gənc qadınlarda həyəcan təbili: "Mioma" yaşı aşağı düşür