AZ

Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq imkanları geniş müzakirə edilib

Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.

ABŞ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlonla görüşümüzdə bu potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmini vurğuladıq", - deyə paylaşımda qeyd edilib.

Seçilən
15
9
fins.az

10Mənbələr