“Bir sıra müqavilələr Bakı şəhəri ərazisində nəqliyyat infrastrukturunun qurulmasına, o cümlədən metropolitendə tətbiq olunan
bir çox qərarları əhatə edir. Bu layihənin noyabr ayında inşası həyata keçiriləcək. “28 May” və “Nizami” metrostansiyaları arasında
tunellərin qazılması və orada yeni tunelin inşa edilməsi nəzərdə tutulur”.
Referans xəbər verir ki, bu barədə nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün müxtəlif addımlar atılır:
“Daha sonra “Dərnəgül” metrostansiyası ilə “Koroğlu” metrostansiyası arasında yeni xəttin layihələndirilməsi planlaşdırılır. İlk
növbədə Xırdalan və Masazır istiqamətində yeni xəttin çəkilməsi nəzərdə tutulur. Bu kimi sahələr üzrə layihələrin işlənilməsi
üçün bağlanan müqavilədir. Bu müqavilədə nəzərdə tutulub ki, gələcəkdə müəyyən praqmatik addımların atılması da bu yöndə
qurulacaq. Ona görə də bu, gələcəyə hesablanmış bir addımdır və bu kimi şirkətlərin atdığı addımlar uğurla hesablanır. “Yüksel
Proje”nin çox gözəl layihələri var. Türkiyədə tunellərin inşası, müasir metro və dəmir yolu xətlərinin layihələndirilməsi bu şirkətin
uğurlu işləri sırasındadır”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta