AZ

Moskva Trampın ultimatumunun ciddi nəticələr verəcəyinə inanmır

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın sanksiyalarla bağlı ultimatumuna əməl etmək niyyətində deyil və Ukraynanın dörd bölgəsini (Donetsk, Luqansk, Zaporojye, Xerson) tam işğal etmək məqsədindən geri çəkilmir. 

525.az xəbər verir ki, “Reuters” bu barədə Kremlə yaxın mənbələrə istinadən məlumat yayıb.

Tramp bəyan edib ki, əgər Rusiya atəşkəsə razılaşmasa, Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcək və rus nefti alan ölkələrə – əsasən Çin və Hindistana – 100 faiz gömrük rüsumu qoyacaq.

“Reuters”ə məlumat verən mənbələrə görə, Putin sanksiyaların ciddi təsirinin olmayacağına inandığından müharibəni davam etdirmək niyyətindədir. Rusiya Prezidenti Qərblə münasibətləri yaxşılaşdırmaq istəyinə baxmayaraq, hərbi əməliyyatların davam etdirilməsinə üstünlük verir.

O, dörd bölgənin tam işğalından sonra sülh danışıqlarına başlamağı planlaşdırır. Hazırda davam edən danışıqlar (maydan bəri üç görüş) sadəcə Trampa sülhə açıq olduğunu göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, D.Trampın nümayəndəsi Stiv Uitkoffun bu həftə Rusiyaya səfəri gözlənilir. Ağ evdən bildirilib ki, Tramp qan tökülməsini dayandırmaq istəyir və bunun üçün sərt sanksiyalarla təzyiq göstərir.

Moskva Trampın sanksiyalarla təhdidini ağrılı olsa da, kritik olmayan vəziyyət kimi qiymətləndirilir. Mənbələrə görə, Putin bu ultimatumun gerçəkliyinə şübhə ilə yanaşır. Bundan əlavə, Çin və Hindistan kimi əsas neft alıcılarının Trampın təzyiqlərinə boyun əyməsi də real görünmür. Əvvəlki sanksiyalar Rusiyanın iqtisadiyyatına zərbə vursa da, müharibə aparmaq qabiliyyətini məhdudlaşdırmayıb. V.Putin sülh danışıqlarına formal olaraq açıq görünsə də, onun əsas prioriteti hərbi hədəflərin tam reallaşdırılmasıdır. Buna görə də Trampın təzyiqlərinə baxmayaraq, Moskva hazırda müharibəni dayandırmaq üçün real səbəb görmür.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
525.az

1Mənbələr