AZ

Fatih Terimin yeni ünvanı bəlli oldu

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin tanınmış futbol mütəxəssisi Fatih Terim məşqçilik karyerasını davam etdirmək qərarına gəlib.

Milli.Az xəbər verir ki, "Qalatasaray"dan ayrıldıqdan sonra "Panatinaikos" və "Əl-Şabab" kimi klublarda çalışan 71 yaşlı mütəxəssis yenidən ərəbdünyasına qayıdır. Transfermarkt-ın məlumatına görə, Fatih Terim Birləşmiş Ərəb Əmirliklərində bir klubu idarə edəcək və bu məqsədlə bu gün Dubaya yollanacaq.

Qeyd edək ki, Terim ötən mövsüm Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda 23 rəsmi oyunda 12 qələbə, 4 heç-heçə və 7 məğlubiyyət əldə edib. Bu nəticələrə əsasən, təcrübəli çalışdırıcı orta hesabla 1,74 xal toplayıb.

Mövsümün sonunda komandadan ayrılan Terim, yeni bir səhifə açaraq, karyerasını BƏƏ-də davam etdirməyə hazırlaşır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
2
news.milli.az

3Mənbələr