Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da terror aktı ilə bağlı iş üzrə fiqurant, terror aktını törədənlər üçün Dağıstandan Moskvaya odlu silah gətirən Umedjon Soliyev zərərçəkmişlərin hər birinə təzminat olaraq 1000 rubl (təxmini 21 manat) ödəməyi təklif edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a 127 zərərçəkmişin maraqlarını təmsil edən vəkil Kseniya Trunova məlumat verib.
"Bugünkü (5 avqust) iclasın gedişatı zamanı müttəhim Umedjon Soliyev təmsil etdiyimiz 127 zərərçəkmişin hər birinə 1000 rubl ödəməklə mənəvi ziyanı ödəməyi təklif etdi", - deyə Kseniya Trunova bildirib.
Cinayət işinin materiallarına görə, Umedjon Soliyev (şəriklər arasında Məhəmməd ləqəbi ilə tanınır) Rusiya Federasiyası ərazisində terror təşkilatının struktur bölməsinə rəhbərlik edib. O, terror təşkilatının üzvlərini odlu silah, döyüş sursatı, partlayıcı maddələr, əldəqayırma partlayıcı qurğu üçün komponentlər, Rusiya ərazisində terror aktlarının törədilməsi üçün zəruri olan partlayıcı qurğularla təmin etməkdə ittiham olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.