AZ

ChatGPT istifadəçilərini istirahətə yollayacaq

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"OpenAI" şirkəti "ChatGPT" süni intellekt sistemində yeni funksiyanın tətbiqinə başlayır. Belə ki, tətbiq uzunmüddətli söhbətlər zamanı istifadəçiyə fasilə verməyi tövsiyə edən xatırlatmalar təqdim edəcək. Şirkətin açıqlamasına görə, bu yenilik süni intellektlə daha sağlam və balanslı münasibətlərin qurulmasına xidmət edir.

Oxu.Az bu barədə "OpenAI"ın rəsmi saytına istinadla xəbər verir.

Bildirilib ki, söhbət zamanı "pop-up" pəncərələr şəklində yumşaq xatırlatmalar görünəcək və istifadəçidən dialoqu davam etdirmək üçün təsdiq tələb olunacaq.

Nümunə olaraq bu cür mətn təqdim olunur:

"Sadəcə yoxlayıram. Siz artıq xeyli müddətdir söhbət edirsiniz - bəlkə fasilə vermək vaxtıdır?"

Lakin bu yeniliyin tətbiqinə səbəb olan əsas amillər daha dərindir. Medidada daha əvvəl xəbər verilmişdi ki, "ChatGPT"nin istifadəçi ilə razılaşmaq həvəsi və bəzi hallarda səhv və ya təhlükəli cavablar verməsi ciddi nəticələrə yol aça bilər. Belə hallar arasında intihar düşüncələri olan şəxslərlə söhbətlər də olub.

"OpenAI" bu çatışmazlıqları qəbul etdiyini və riskli şəxsi qərarlarla bağlı sorğulara daha ehtiyatlı cavab veriləcəyini açıqlayıb. Belə sorğular zamanı çatbot birbaşa cavab vermək əvəzinə istifadəçiyə istiqamətləndirici suallar təqdim edəcək, problemin müsbət və mənfi tərəflərini sadalayaraq düşünməyə təşviq edəcək.

Yeni istirahət funksiyası isə istifadəçilərə süni intellektlə ünsiyyətdə fasilə verərək əldə etdikləri məlumatları tənqidi qiymətləndirmək və onların etibarlılığını yoxlamaq üçün imkan yaratmağı hədəfləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
oxu.az

1Mənbələr