Çiyin ağrısı əhalinin təxminən 26 faizində rast gəlinən yayğın bir problemdir. Bu ağrı boyun bölgəsindəki, oynaqlardakı və ətraf yumşaq toxumalardakı pozuntulardan qaynaqlana bilər.
Pravda.az bildirir ki, xüsusilə rotator manşet zədələnmələri, yaşlanma, qan dövranı pozğunluqları və travmalar əsas səbəblər arasındadır. Donuq çiyin və artrit də geniş yayılmış səbəblərdəndir.
Müalicədə əsas məqsəd ağrını azaltmaq və hərəkət məhdudiyyətini aradan qaldırmaqdır. Qlukozamin, kondroitin və kollagen tərkibli təbii qida əlavələri bu prosesə dəstək ola bilər. Bu maddələr oynaq sağlamlığını qoruyur, iltihabı azaldır və ağrını yüngülləşdirir. Tədqiqatlara görə, bu əlavələrdən istifadə edənlərin 65,4 faizi əlamətlərində yaxşılaşma hiss edib.
Əminə Bayramova