Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Abdullayeva vəzifəsindən ayrılıb.
Modern.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədə bildirib.
“Qarabağ Universitetində çıxdığım yolu tamamladım. Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi keçirdiyim bu 1 il sadəcə iş ili deyil, həm də tarix yazılan bir dönəmin canlı şahidi olmaq demək idi.
Qarabağın yenidən dirçəlişində, Qarabağ Universitetinin sıfırdan qurulmasında – o ilk addımlarda – bir damla da olsa izim olduğu üçün özümü olduqca xoşbəxt hiss edirəm.
Bu quruculuq prosesi mənim üçün sadəcə bir iş deyil, dərin bir duyğu, vətənə bağlılığın əyani təzahürü idi”, - A.Abdullayeva qeyd edib.
Xatırladaq ki, Aytən Abdullayeva 2024-cü ilin iyulunda Qarabağ Universitetində sözügedən vəzifəyə təyinat almışdı.
O, daha əvvəl Bakı Slavyan Universitetində, Elm və Təhsil Nazirliyində çalışıb.
2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsini tutub.