Növbəti mövsüm iddialı olacağı gözlənən “Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu Avstraliya A Liqası təmsilçisi “Sentral Koast Marines” komandasında çıxış edən Vitor Feijao ilə anlaşıb. Braziliyalı vinger növbət mövsüm karyerasını “Kəpəz”də davam etdirəcək.
29 yaşlı futbolçu yaxın günlərdə “sarı-göylər”lə müqavilə imzalayacaq.
Hücumçu kimi də çıxış etməyi bacaran braziliyalı oyunçu son mövsümdə Avstraliya komandasının heyətində bütün turnirlərdə 26 oyunda meydana çıxıb.
O, bu görüşlərdə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.