AZ

Bəxtiyar Ersaya “ordu generalı” rütbəsi VERİLDİ

Azərbaycan müdafiə nazirinin müşaviri Bəxtiyar Ersaya “ordu generalı” rütbəsi verilib.

Modern.az-ın məlumatına görə, bu barədə qərar Türkiyə Ali Hərbi Şurasının bu gün keçirilən iclasında verilib.

Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda 32 general və admiralın rütbəsi artırılıb.

Yeni qərara əsasən, Bəxtiyar Ərsay dörd ulduzlu general rütbəsi daşıyacaq.

Qərarlar avqustun 30-da qüvvəyə minəcək.

Qeyd edək ki, Ersay əslən Türkiyənin Tunceli bölgəsinin Çemisgezek bölgəsindədir. O, Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.

Seçilən
72
1
modern.az

4Mənbələr